Magistraturada ciddi boşluq: Yerlər boş qaldı

Magistraturada ciddi boşluq: Yerlər boş qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Magistratura ixtisasları üzrə verilən plan yerləri 17688-dir. Qəbul olan bakalavrların sayı isə 13845-dir.
Aradakı fərq 3843. Bu o deməkdir ki, 3843 yer boş qaldı.

Tribuna.az xəbər verir ki, bu barədə danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə ciddi düşünməlidir:

“İmtahan formatı mütləq dəyişməlidir.

23000 ətrafında qeydiyyatdan keçənlərdən 17688 plan yerinə 13845 nəfər qəbul oldu.

Bu gözlənilən idi.
Çünki 15721 bakalavr ixtisas seçimi etmişdi. Yəni 17688 yer uğrunda 15721 nəfər.

1967 nəfər onsuz da qəbul ola bilməyəcəkdi.
Nə isə, keçmiş olsun”.

Nigar İxtiyarqızı