“Lux Residence” Yasamal sakinlərinin evini icazəsiz sökür  – Video

“Lux Residence” Yasamal sakinlərinin evini icazəsiz sökür – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lux Residence” MMC uzun illərdir Bakının Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 34 ünvanında yerləşən sakinlərin başına oyun açır. Tikinti şirkəti yaşayış ola-ola və sakinlərin heç bir razılığı olmadan evləri sökür.

Tribuna.az-a xəbər verir ki, narazı sakinlər tikinti şirkətini məhkəməyə verməyə hazırlaşır. Sakinlər bildirir ki, “Lux Residence” MMC 2019-cu ildən yaşadıqları ərazidə qanunsuz söküntü işi aparır, onlara məxsus çıxarışlı torpaqları və evləri əllərindən alınır. Şirkət evini tərk etməyən vətəndaşları isə məhkəməyə verir.
Sakinlər evlərinin sökülməsinə narazı deyillər. Lakin qiymətləndirmənin düzgün aparılmamasından, konpensasiyanın ədalətli verilməməsindən narazıdırlar.
Sakin bildirib ki, söküntü aparılan yerdə ona atasından qalan mülklər, torpaqlar var. Lakin şirkət vətəndaşın bu qədər əmlakını zəbt etdiyi halda, ona az miqdarda kompensasiya verir:
“Mənin 200 kvadrat metr evim var, atamdan qalma mülklərim var, 4 sota qədər torpaq sahəm var. bunların hamısı sənədli, çıxarışlı, kupçalıdır. Bu şirkət mənə bildirmədən sənədi məndə olan, mənə aid olan mülkü sökür. Az pul vermək üçün kvadratını bilərəkdən azaldır, bizi məhkəməyə verir”.

“Lux Residence” MMC apardığı söküntünü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən çıxarılan rəyə əsasən apardığını bildirirb. Bu barədə “Xəzər Xəbərə” şirkətdən bildirilib. Qeyd edilib ki, sözügedən ərazidə yerləşən yaşayış sahələrinin istismar müddəti bitib və evlər qəzalı vəziyyətdədirlər.
Şirkətdən bildirilib ki, aparılan işlər zamanı hər hansısa əmlaka zərər vurulmayıb. Tərəflər arasında mübahisənin həll edilməsi üçün qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilib.

Gülşən Rəsul