“Lukoil” yanacaqdoldurma məntəqələrində kartla ödəniş dayandırılıb. Məlumata görə, nağdsız ödənişlərin həyata keçirilməməsinə səbəb sanksiyalardır.
Yaranmış problemlə bağlı Tribuna-ya açıqlama verən “Lukoil-Azərbaycan”ın dövlət qurumları və bizneslə iş üzrə meneceri Rail Ağayev məsələyə aydınlıq gətirib. O bildirib ki, yaranmış problem ölkə üzrə bütün məntəqələrə aid deyil:
“Rayolarda kartla ödəniş davam edir. Bakıdakı bəzi məntəqələrdə kartla ödənişlə bağlı problem var. Şəhərdəki bəzi məntəqələrdə texniki problem yaranıb. Bu da bankla bizim aramızda yaranmış haldır.
Tezliklə aradan qaldırılacaq”.
Nigar İxtiyarqızı









