Bakıda restoranda ölüm hadisəsi baş verib.
Tribuna.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyunun 20-si saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti 69-da yerləşən “Lido” restoranında qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Araşdırma aparılır.









