Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. Tribuna.az-ın xəbərinə görə, rayonun Kərgəlan kəndində kişinin arvadını, sonra özünü öldürməsinə ailədaxili münaqişə səbəb olub.
1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb. Sonra həmin silahla özünü güllələyərək öldürüb.
Məlumata görə, ailədə tez-tez söz-söhbət, münaqişə olurmuş. Bildirilir ki, kişi qadının işləməsinin əleyhinə olub. Bu da ailədə həmişə mübahisəyə səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Həsən Ağa









