Lənkəranda evlərdən oğurluq edən şəxs həbs olunub

Lənkəranda evlərdən oğurluq edən şəxs həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda bir neçə fərdi yaşayış evi və şadlıq sarayında törədilən oğurluq hadisələrinin üstü açılıb.

Tribuna.az xəbər verir ki, naməlum şəxs rayon ərazisində yerləşən 4 fərdi yaşayış evi və 1 şadlıq sarayından ümumi dəyəri 13 min manatdan artıq olan qızıl-zinət əşyaları və məişət avadanlıqlarını oğurlayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Çingiz İbrahimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Çingiz İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.