Lənkəran sakinlərinin nəzərinə!

Lənkəran sakinlərinin nəzərinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

 Tribuna.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Separadi” və “Sinovli” hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.