İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ-ın İrandakı etirazlara müdaxilə edəcəyi təqdirdə, Vaşinqtonun regiondakı maraqlarının məhv ediləcəyi barədə xəbərdarlıq edib.
Tribuna.az xəbər verir ki, bu barədə Laricani özününü “X” hesabında bildirib.
“Biz etiraz edən sahibkarların mövqeyini təxribatçı elementlərdən ayrı bilirik və Tramp bilməlidir ki, Amerikanın bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına və ABŞ maraqlarının məhvinə bərabərdir”, – Laricani qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin İrandakı etirazçılara kömək etməyə hazır olduğunu elan edib.









