Laqeydliyin 6 əlaməti: qadın sevməyəndə necə davranır

Laqeydliyin 6 əlaməti: qadın kişini sevməyəndə necə davranır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Münasibətlər bəzən birdən yox, yavaş-yavaş dəyişir. Bu dəyişiklikləri vaxtında görmək problemləri həll etməyə kömək edə bilər.

Bu siqnallardan bir neçəsi müşahidə olunursa, vəziyyəti düzəltmək hələ mümkündür. Lakin əksəriyyəti eyni vaxtda görünürsə, münasibətin ciddi şəkildə zəiflədiyini düşünmək olar.

Tribuna.az xatici mətbuata istinadən münasibətdə emosional uzaqlaşmanı göstərə biləcək əsas əlamətləri təqdim edir.

1. Qadın boş vaxtını daha çox tək keçirmək istəyir

Sevən insan adətən sevdiyi şəxslə vaxt keçirməyə çalışır. Hətta yorğun olsa belə, gün ərzində qısa da olsa birlikdə film izləmək, söhbət etmək və ya birlikdə yemək yemək istəyir.

Əgər qadın getdikcə daha çox vaxtını kişisiz keçirməyə başlayırsa, rəfiqələri ilə daha tez-tez görüşürsə və ya açıq şəkildə tək qalmaq istədiyini deyirsə, bu artıq münasibətdə məsafənin artdığına işarə ola bilər. Bu halda sakit və açıq söhbət vacibdir.

2. Qadın öz həyatı barədə danışmağı azaldır

Yaxın münasibətlərdə insanlar gündəliklərini, hisslərini və yaşadıqlarını paylaşmağa meylli olur. Əgər qadın əvvəlki kimi danışmırsa, gün ərzində baş verənləri bölüşmürsə, bu, emosional bağın zəiflədiyini göstərə bilər.

Bəzən bunun səbəbi inciklik, anlaşılmamaq qorxusu və ya münasibətdə yığılan gərginlik olur. Bu mərhələdə dinləmək və anlayış göstərmək əsasdır.

3. Fiziki yaxınlıq azalır

Qucaqlamaq, əlindən tutmaq, öpmək münasibətdə emosional bağlılığın göstəricilərindən sayılır. Əgər qadın artıq bu yaxınlığı göstərmirsə, toxunuşlardan uzaqlaşırsa və intim münasibət azalırsa, bu, daxili məsafənin artdığını göstərə bilər.

Fiziki məsafə çox vaxt emosional məsafənin nəticəsi olur.

4. Qadın kişinin həyatına maraq göstərmir

Sevən tərəfdaş adətən qarşı tərəfin gününə, planlarına və problemlərinə maraq göstərir. Əgər qadın artıq “Günün necə keçdi?”, “Nə planın var?” kimi suallar vermirsə, söhbətə həvəs göstərmirsə, bu, münasibətdə soyuqluğun artdığını göstərə bilər.

Ünsiyyətin azalması münasibətlərdə ilk xəbərdarlıq siqnallarından biridir.

5. Qadını kişidə hər şey qıcıqlandırmağa başlayır

Əgər əvvəllər problem olmayan davranışlar birdən-birə narazılıq yaradırsa, xırda məsələlər mübahisəyə çevrilirsə, bu, daxildə yığılan emosiyaların nəticəsi ola bilər.

Bu mərhələdə günahkar axtarmaqdansa, problemin səbəbini birlikdə anlamaq daha faydalıdır.

6. Qadın artıq narazılıq da bildirmir

Bəzən münasibətdə ən təhlükəli mərhələ mübahisə yox, laqeydlik olur. Əgər qadın artıq nə narahat olur, nə irad bildirir, nə də münasibətlə bağlı fikir söyləyirsə, bu, emosional uzaqlaşmanın son mərhələsi ola bilər.

Bu vəziyyətdə münasibət çox vaxt yalnız vərdiş üzərində qalır və gələcəyi sual altına düşür.

İmran Kərimli