“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” Laçın şəhərində yeni məhəllənin inşa edilməsi prosesinə başlayır.
Tribuna.az xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
Məlum olub ki, bir məhəllənin tikintisi 41 milyon 266 min 443 manata başa gələcək. Həmin tikinti prosesini isə “HOVERS GROUP” MMC həyata keçirəcək.
Fərda Uğur









