Kürdəmirdə ağır qəza – Xəsarət alanlar var

Kürdəmirdə ağır qəza – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

 Tribuna.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.