Küləkli havayla əlaqədar sürücülərə xəbərdarlıq edildi

Küləkli havayla əlaqədar sürücülərə xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küləkli havayla əlaqədar sürücülərə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Pravda.az-a verilən məlumata görə, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır.

Qeyd edilib ki, küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi – aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.