Krımın doqquz şəhəri və üç rayonunun sakinləri susuz qalıb.
Tribuna.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” yarımadadakı “Voda Krıma” müəssisəsinin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, su təchizatındakı fasilələri qəza-bərpa işləri ilə izah edilir.
Su təhcizatının kəsilməsi bir neçə gün ərzində Ukraynanın Krımdakı elektrik stansiyalarına endirdiyi zərbələrlə bağlı enerji verilişində yaranmış fasilələrlə bağlı olduğu ehtimal edilir.









