“Kredaqro” ilə bağlı qalmaqal: proqram aylardır işləmir, borcu olanlar isə…

“Kredaqro” ilə bağlı qalmaqal: proqram aylardır işləmir, borcu olanlar isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kredaqro” BOKT ilə bağlı ciddi narazılıqlar yaranıb.

Tribuna.az-ın xəbərinə görə, qurumun kredit ödənişlərinin həyata keçirilməsi və borcların izlənməsi üçün istifadə olunan elektron platformasının aylardır normal fəaliyyət göstərmədiyi bildirilir. Mövcud vəziyyət həm kredit ödənişi etmək istəyən vətəndaşların, həm də borclularla bağlı məlumatların izlənilməsinə cavabdeh olan şəxslərin işini çətinləşdirib.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a daxil olan informasiyalarda qeyd olunur ki, sistemdə yaranan texniki problemlər səbəbindən bir sıra istifadəçilər ödəniş tarixçələrini görə bilmir, kredit qalığı barədə məlumat əldə etməkdə çətinlik çəkirlər. Ən diqqətçəkən məqamlardan biri isə borcu olan bəzi şəxslərin yaranmış vəziyyətdən sui-istifadə etməsidir.

İddialara görə, platformanın işləməməsini əsas gətirən bəzi borclular öhdəliklərini yerinə yetirməkdən yayınır, kredit ödənişlərini gecikdirir və ya ümumiyyətlə həyata keçirmirlər. Bu isə həm maliyyə intizamına, həm də kredit portfelinin idarə olunmasına mənfi təsir göstərir.

Mənbələrin sözlərinə görə, sistemdəki nasazlığın aradan qaldırılması ilə bağlı dəqiq tarix açıqlanmayıb.

İstifadəçilər isə problemin uzun müddətdir davam etməsindən narazıdırlar. Onların fikrincə, kredit təşkilatları və müvafiq qurumlar vətəndaşların ödəniş imkanlarını təmin etmək üçün alternativ mexanizmlər təqdim etməli, yaranmış vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat verməlidirlər.

Bakıvaxtı.az