Kostanyan: “Azərbaycanlı və ermənilərin gediş-gəlişi üzərində çalışırıq”

Kostanyan: “Azərbaycanlı və ermənilərin gediş-gəlişi üzərində çalışırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birincisi, TRIP tamamilə Ermənistana məxsus bir layihədir və ikincisi, Ermənistanın özü regionda kommunikasiyaların açılmasında çox maraqlıdır”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistan XİN başçısının müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, TRIP sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün nəzərədə tutulmayıb. “Bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, eləcə də qarşılıqlı fayda təmin etməyə yönəlmiş daha böyük və strateji bir layihədir. Praktikada bu, həm də Ermənistanın cənub hissəsinin Naxçıvan dəmir yolu vasitəsilə şimal hissəsinə qoşula biləcəyi deməkdir”.

Kostanyan bildirib ki, Azərbaycanla artıq ticarət əlaqələrinə başlamışıq. “Biz artıq ikitərəfli birbaşa ticarətə başlamışıq, Azərbaycandan yanacaq idxal etmişik və ümid edirik ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac ediləcək malların siyahısını da dəqiqləşdirəcəyik. Eyni zamanda, insani əlaqələr üzərində işləyirik: vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri təkcə xaricdə deyil, həm də Ermənistanda və Azərbaycanda təşkil olunur”.

Fərda Uğur