Bir neçə ildir “Kontakt Home”dan telefon alan müştəri peşman olub. Şirkət rüsum ödəmədiyi üçün müştərinin telefonu bağlanıb.
Tribuna.az xəbər verir ki, bu problemlə Şahnaz Əhmədova adlı xanım üzləşib. O bildirib ki, problemi həll etməkdə “Kontakt Home” ona kömək etmir:
“Şikayətim” Kontakt Home” şirkətindəndir. Bir neçə il əvvəl telefon almışam, mesaj gəldi ki, rüsum ödənməlidir, yoxsa bağlanacaq. Bu gün bağlanıb, operatorları deyir, biz tərəfdən ediləcək bir şey yoxdur, bizdə aktiv görünür.
Dedik, cəhənnəm, 40 manatları yoxdur, yazıqdılar, özümüz ödəyək, onu da sistem qəbul etmir ki, satıcı şirkət ödəməlidir.
Bütün gün telefon bağlı olub. Bu biabırçılığa bir dur demək mümkündür, yoxsa Antiinhisar, məhkəmə lazımdır mütləq?”.
Qeyd edək ki, sözügedən şirkətlə bağlı bu kimi şikayətlər tez-tez yaşanır.
Şirkətlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz alındı.
Gülşən Rəsul










