Kombi nə zaman partlayır? – Açıqlama

Kombi nə zaman partlayır? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qış mövsümünün yaxınlaşması ilə kombi istifadə edənlərin narahatlıqları artır.

Sakinləri ən çox narahat edən “Kombi nə zaman partlayır?” sualıdır.

Tribuna.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kombilərin partlaması çox nadir rast gəlinən hadisə olsa da, düzgün qulluq edilmədiyi halda təhlükə yarana bilər. Kombidə təhlükə əsasən üç halda artır:

“Qaz sızmasının vaxtında aşkarlanmadığı zaman sızma uzun müddət davam edərsə, qapalı məkanda qaz yığıla və qığılcım nəticəsində alovlana bilər.

Hava dövriyyəsinin pozulduğu hallarda kombi olan otaqda ventilyasiya zəifdirsə, cihazın yanma prosesi pozulur və cihaz sıradan çıxa bilər.

Təzyiqin normadan yuxarı qalxdığı zaman kombi sistemində təzyiq nəzarətsiz şəkildə artırsa, avadanlıq özünü qoruma rejiminə keçə bilmədikdə nasazlıqlar baş verə bilər”.

Mütəxəssislər vətəndaşlara kombinin uzunömürlü və təhlükəsiz işləməsi üçün bir neçə vacib qaydanı xatırladır:

“Cihaz ildə ən azı bir dəfə peşəkar ustaya göstərilməlidir. Qaz qoxusu hiss edilərsə, dərhal cihaz söndürülməli və qaz xətləri bağlanmalıdır. Kombinin yerləşdiyi otaqda hava dövriyyəsi daim təmin edilməlidir. Təzyiq göstəricisi tez-tez yoxlanmalı, normadan yuxarı dəyişdikdə ustaya müraciət olunmalıdır”.

Mütəxəssislər onu da bildiriblər ki, müasir kombilər təhlükəsizlik sistemləri ilə təchiz olunduğundan düzgün istifadə edildikdə partlama riski minimumdur.

Milli.Az