Komandanlıq spikerə keçdi: Ordunu Qalibaf idarə edir

Komandanlıq spikerə keçdi: Ordunu Qalibaf idarə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin davamlı hücumlarından sonra İranın aparıcı generallarının böyük əksəriyyəti öldürülüb.

Tribuna.az xəbər verir ki, elə Tehran da bu faktı təsdiqləyib.

Qeyd edək ki, müharibənin ilk günlərində aviazərbələr nəticəsində İranın 40 generalını itirdiyi bildirilirdi. Onlardan SEPAH komandanlarından biri neçəsi və müdafiə nazirinin öldürülməsi faktı təsdiləndi.

Amma İranda hazırda idarəçilikdə ciddi böhran yaşandığı da diqqəti çəkir. Tribuna.az xəbər verir ki, başıpozuq şəkildə hərəkət edən SEPAH hara gəldi raket atır. Yaranmış xaosu aradan qaldırmaq üçün isə Tehran yeni bir gediş edib. “Balatarin” saytı bu barədə yazıb ki, müharibənin idarə edilməsi İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa tapşırılıb.

Xatırladaq ki, Qalibaf SEPAH-ın keçmiş komandanlarından olub.

Fərda Uğur