Kolleclərə yeni təyinatlar olub.
Tribuna.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, M. Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışıb.
B. Əliyev isə 2020-ci ildən son təyinatadək Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib.









