Koffi: “İrandakı vəziyyət Qafqaza mənfi təsir edə bilər”

Koffi: “İrandakı vəziyyət Qafqaza mənfi təsir edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan, Ermənistan və Gürcüstan İranda davam edən etirazların bölgəyə potensial təsirindən ciddi narahatlıq keçirir”.

Tribuna.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffi deyib.

Onun sözlərinə görə, əsas risklərdən biri iqtisadi itkilərlə bağlıdır. “Hər üç Cənubi Qafqaz ölkəsi İranla müxtəlif səviyyələrdə ticarət və iqtisadi əlaqələr saxlayır. Azərbaycan Rusiya və İran arasında mühüm tranzit ölkə rolunu oynayır. Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı qalması fonunda İranı əsas iqtisadi və logistika istiqamətlərindən biri hesab edir. Gürcüstanın isə son illərdə İranla ticarət dövriyyəsinin davamlı şəkildə artdığı qeyd olunur”.

Koffi bildirib ki, İranda vəziyyətin kəskinləşəcəyi təqdirdə, region ölkələri qaçqın axını ilə üzləşə bilər ki, bu da onların sosial və iqtisadi sistemlərinə ciddi yük gətirəcək. “İranla quru sərhədi olan Azərbaycan və Ermənistan üçün etnik amil xüsusi narahatlıq doğurur. Ermənistan İrandakı erməni icmasının təhlükəsizliyindən, Azərbaycan isə İranın şimalındakı etnik azərbaycanlıların sıx yaşadığı bölgələrdə vəziyyətin inkişafından narahatdır”.

Hərbi ekspert həmçinin qeyd edib ki, İrandakı qeyri-sabitlik Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə də mənfi təsir göstərə bilər.

Fərda Uğur