Köçəryanin Rusiya ümidi: Qarabağ kartı və seçkilər…

Köçəryanin Rusiya ümidi: Qarabağ kartı və seçkilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda 7 iyun parlament seçkilərinə hazırlıq sürətlənməyə başlayıb. Tribuna.az xəbər verir ki, artıq bütün partiyalar namizədlərini müəyyənləşdirərək, təqdim etməyə başlayıblar.

Ermənistanda seçkilərə qatılacaq namizədlərdən biri də bu ölkənin sabiq prezidenti Robert Köçəryandır. O, son müsahibəsində seçki təbliğatını əsasən iki məsələ üzərində quracağını işarə edib. Onlardan biri ənənəvi “Qarabağ kartı”dır. Vaxtıyla Azərbaycana qarşı döyüşmüş, Xocalı faciəsinin memarlarından biri olan Köçəryan bununla daxildən səs qopara biləcəyinə ümid edir. İkincisi isə Rusiya məsələsidir ki, onun özü zaman içində Kremlin vassalı olduğunu bununla gizlətmir.

O son müsahibəsində iddia edib ki, Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatı ilə Qarabağı xilas etməyə çalışıb. Köçəryan deyib ki, Qarabağda yaşayan ermənilərin “öz müqəddəratını müəyyən etmə hüququ” imkanlarını Azərbaycanın antiterror əməliyyatı ilə əldən veriblər. Lakin o, bu prosesin geri qaytarılma imkanının olmasını da iddia edib. “Bu çox çətin prosesdir, lakin vəziyyət ümidsiz də deyil”.

Köçəryan bununla Qarabağdan könüllü köçmüş ermənilərin səsini ala biləcəyini düşünür. Həmçinin daxildəki revanşistlərin də ona bu mövzuda dəstək verəcəyinə böyük ümid bəsləyir.

Hərçənd “Gallup”un son sorğusuna əsasən Köçəryanın başçılıq etdiyi “Haystan” bloku ümumi səslərin 5.5 faizinə ümid edə bilər.

O Rusiya kartını da gündəmə gətirməklə Kremldən dəstək gözlədiyini nümayiş etdirib. Tribuna.az xəbər verir ki, Köçəryan sülhməramlılar məsələsində Rusiyanın ciddi rolunun olduğunu, lakin Ermənistanın “etinasızlığı” səbəbindən Qarabağdan çıxdıqlarını iddida edib. Hətta Rusiyanı bu mövzuda şiddətli şəkildə dəstəklədiyini də dilə gətirib. “Ermənistanın tam məğlubiyyətinin qarşısını almaq üçün Rusiya müdaxilə etdi. Şübhəsiz ki, Azərbaycana təzyiq göstərdi və sülhməramlılar yerləşdirdi. Bundan sonra deyə bilərikmi ki, onlar bizi ‘tək qoydular?”

Fərda Uğur