“Ən yaxşı ssenaridə Ermənistanla Azərbaycan arasında sülhün qarantı ABŞ, Çin və Rusiya ola bilər”.
Tribuna.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
Onun sözlərinə görə, hazırda sülh müqaviləsi yoxdur. “Paraflanmış sənəd var. Biz onu cırıb atacağımızı deməmişik. Başqa sözlə, sıfırdan başlamayacağıq”.
Köçaryan daha sonra Ermənistanın parçalana biləcəyini də qeyd edib. “Əgər Nikol Paşinyan seçilərsə, Sünik, çox güman ki, Qarabağın taleyini yaşayacaq”.
Fərda Uğur









