Bu gün “Ermənistan” blokunun lideri Robert Köçəryan seçki kampaniyası çərçivəsində Şirak bölgəsində sakinlərlə görüş keçirib və bir sıra açıqlamalar verib. Köçəryan 1 mart hadisələrinə toxunub. Tribuna.az erməni mediasına istinadən bu məlumatı yayıb. Xocalı qatilinin sözlərinə görə, ” 8 ildir ki, “1 Mart” mövzusundayıq. “1 Mart”ın bir dənə də olsun qətli aşkarlanmayıb. Onlar bu məsələləri bir səbəbdən araşdırmırlar – özləri ortaya çıxmamaq üçün”.
Sabiq prezident qeyd edib: “Ermənistan üçün dövlət-şəhər modelinin olması təhlükəlidir. Və hökumət ərazi inkişafı üçün çox aydın proqramlar təqdim etməlidir.”
Məhbuslar məsələsinə toxunaraq o bildirib: “Bu hökumət nəinki artsaxın erməni məhkumları məsələsi ilə məşğul olur, həm də onların orada qalmasını istəyirlər. Ki, hakimiyyətdə olan insanlar birdən-birə burada peyda olub mühacirət etmiş xalqı birləşdirməyə çalışmasınlar”.
Köçəryan həmçinin siyasi müraciət edərək dedi: “7 iyunda xalqımızın əksəriyyətini təhqir etməyə cəsarət edən fırıldaqçını döymək fürsətimiz var” deyib.
Çıxışı zamanı o, mübarizəyə çağırış edərək vurğulayıb: “İrəli getməzdən əvvəl, mübarizəyə girməzdən əvvəl geri baxmayın. Səngəri götürərkən sürət toplamalısınız. Təkanı toplayın və geri baxmayın”.
Təhlükəsizlik məsələlərinə toxunaraq o, həmçinin dedi: “Arxa yol qalmayıb. Növbəti səhv Qərbi Azərbaycanın Sünik şəhərində, bəlkə də Ermənistan ərazisində məscidlərin tikilməsi olacaq”.
Həsən Ağa









