Ermənistanın Baş Prokurorluğu bu ölkənin ikinci prezidenti Robert Koçaryan və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirəsi tələbi ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda deyilir ki, Koçaryan və yaxın ətrafının 22 mülk və obyektinə həbs qoyulması nəzərədə tutulub. Həmin mülklərin satışından isə 32 milyon dollar vəsaitin dövlətin nəfinə tutulması qərarlaşıdırlıb.
Prokurorluğun əsaslandırmasına görə, Koçaryan və ətrafı həmin mülkləri qanunsuz olaraq özünküləşdiriblər.
Fərda Uğur









