“Dilicanda peyda olub guya Əliyevin göndərdiyi xüsusi nümayəndəyə hesabat verməyin də, yəqin ki, bu motivasiyası var idi”.
Tribuna.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
O bildirib ki, Paşinyan Bakıya səfər edəcəyini bəyan edib. “Səhv etmirəmsə, o, Milli Məclisin kürsüsündən də demişdi ki, dəvət olunarsa, Bakıya gedəcək. Onu dəvət etməyəcəklər, ona zəng edəcəklər. Bu, dəvət etdikləri münasibət növü deyil. Onlar partnyorlarını dəvət edirlər. Paşinyanı isə çağıracaqlar”.
Fərda Uğur









