Ötən gün Ermənistanın sabiq prezidenti Robert Koçaryanın “Haystan” blokundan baş nazir postuna namizəd irəli sürülüb.
Tribuna.az xəbər verir ki, yerli ekspertlər onun seçilmək şansının çox az olduğunu bildirirlər.
Koçaryan isə namizədliyi təsdiqləndikdən sonra açıqlama verib. O, Azərbaycanla bağlı deyib ki, Bakı ilə sülhün tərəfdarıdır. “Biz Azərbaycanla sülhün tərəfdarıyıq, amma sülh real zəmanətlərə əsaslanmalıdır. Ermənistanın bütün təhdidləri birgə neytrallaşdırmaq üçün güclü orduya, güclü liderə və güclü müttəfiqə ehtiyacı var”.
Fərda Uğur









