Koçaryan Bakı ilə sülhə inanmır

Koçaryan Bakı ilə sülhə inanmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş prezident Robert Koçaryan növbəti dəfə Azərbaycan və Ermənistan arasındakı sülh məsələsinə və Bakıda həbsdə olan separatçılar mövzusuna toxunub.

Tribuna.az xəbər verir ki, o, sülhün mümkün olmadığını iddia edib.

Koçaryanın sözlərinə görə, guya, Azərbaycanla sülh şübhəlidir. “İndiki şəraitdə bu mümkün deyil”.

Bundan başqa, o, Bakıda həbs cəzası çəkən separatçıların da məsələsinə toxunub. İddia edib ki, guya, həmin cinayətkarlar çox “nüfuzlu” olduqlarından İrəvan hakimiyyəti onlardan qorxur. “Nüfuzlu şəxslərin Bakı həbsxanalarından qayıtması bu hökumətin maraqlarına uyğun deyil. Çünki Paşinyan Vardanyan, İşxanyan və digərlərinin qarşısında duruş gətir bilməyəcək”.

Fərda Uğur