“Əgər Ermənistan bu dövrdə daha güclü bir ölkə olsaydı, hətta ərazisini genişləndirə bilərdi. Lakin əksi baş verdi: ölkə hazırda viran vəziyyətdədir, çünki güclənməyib”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Arqişki Kiviryan çıxış edib.
O qeyd edib ki, Ermənistana Azərbaycan neft məhsullarının tədarükü iqtisadi məsələdən daha çox siyasi məsələdir. “Bu yolla Bakı ABŞ-a 907-ci maddənin ləğv edilməsinin vacibliyini göstərməyə çalışır”.
Kiviryan bildirib ki, Ermənistan Azərbaycanla müharibəyə hazır deyilsə, sülhə razı olmalıdır. “Əgər Azərbaycanla müharibəyə hazır deyilsinizsə, o zaman həmin ölkə ilə münasibətləri gərginləşdirməməlisiniz. Əgər bir ölkə müharibəyə hazır deyilsə, sülh istəməsə belə, ən azı sülhə nail olmalıdır”.
Fərda Uğur









