Kilsə böhranı: erməni müxalifəti Azərbaycanı “hədəf” göstərir

Kilsə böhranı: erməni müxalifəti Azərbaycanı “hədəf” göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda kilsə ətrafında böhran davam edir.

Tribuna.az xəbər verir ki, Paşinyan hökuməti nəyin bahasına olursa olsun II Qarageni devirmək istəyir.

Ötən həftə “xaç yürüşü” təşkil edən Ermənistanın baş naziri prosesin davam edəcəyini açıqlayıb. O bildirib ki, erməni kilsəsi islahata getməli və yeni rəhbəri ilə bu addımı atmalıdır.

Lakin Ermənistanda bir çox müxaliflər kilsə məsələsindən öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Eyni zamanda, baş verən haddisələrdə Azərbaycanın adını hallandırırlar. Məsələn, “Ana Ermənistan” partiyasının idarə heyətinin üzvü Derenik Malxasyan iddia edib ki, bu prosesin arxasında Türkiyə-Azərbaycan və qlobalist mərkəzlər dayanır.

Politoiloq Akop Badalyan da eyni fikirdədir. O deyib: “Kilsəyə qarşı Paşinyanın mübarizəsinin arxasında Azərbaycan və Türkiyə dayanır”.

Ermənilərin Azərbaycan və Türkiyənin adını hallandırması ilk deyil. Onlar öz eyiblərini örtmək, buraxdıqları səhvləri düzəltmək əvəzinə həmişə “düşmən obrazı”ndan istifadə ediblər. Azərbaycan və Türkiyə isə ermənilər üçün həmişə “əlçatan düşmən” olub. Halbuki bu proseslərdə bizim yox, elə erməni cəmiyyətinin böyük rolu var.

Fərda Uğur