Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaratmış ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.
Ərazidə aidiyyatı qurumlara tapşırıqlar verilib, problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
***
Uzun müddət əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektorun üzərində inşa edilən iki mərtəbəli yaşayış evinin sökülməsi ilə bağlı qərar verilib.
Artıq aidiyyəti qurumlar tərəfindən söküntü işlərinə start verilib.
Mütəxəssislərin fikrincə, gələcəkdə belə halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz tikilmiş bu evin təxirəsalınmaz şəkildə sökülməsi və kollektor xəttinin bərpası vacibdir.
Qeyd olunur ki, evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və yağış sularının axıdılmasında problemlər yaranıb.









