Hazırda həbsdə olan və Rusiyanın Ermənistandakı “siyasi layihəsi” kimi qəbul edilən keşiş Baqrat ermənilərə müraciət edib.
Tribuna.az xəbər verir ki, o, hazırda Ermənistanı ekstensial təhlükə gözlədiyini iddia edib.
Baqratın sözlərinə görə, Azərbaycanın Qərbi Azərbaycan layihəsini həyata keçirməsi məqsədlidir. “Azərbaycan bununla Ermənistanı vassal dövlətə çevirməyə çalışır. Azərbaycan bu səylərdə İsrail sərhədlərindən Xəzər dənizinə qədər təsir zonası quran Türkiyə tərəfindən dəstəklənir. Bu planın vacib komponentlərindən biri Erməni Apostol Kilsəsini cəmiyyətdə müstəqil şəkildə çıxış etmək imkanından məhrum etməkdir”.
Fərda Uğur









