Ermənistanda Azərbaycanla sülh içində yaşamağa qarşı olanlar son zamanlar bir qədər fəallaşıblar.
Tribuna.az xəbər verir ki, bu fikirdə olanların böyük qismi revanşistlərdir.
Onlar əlverişli imkan olan kimi, Azərbaycandan qisas almağın tərəfdarlarıdırlar. Eyni zamanda, bu kontingent Azərbaycanla sülh içində yaşamağa qarşı açıq şəkildə çıxmaqla da diqqəti çəkirlər. Ötən gün açıqlama verən ekspert Avetik Kerobyan iddia edib ki, Azərbaycanla heç bir şəkildə əməkdaşlıq etmək olmaz. “Azərbaycanla birlikdə yaşamaq Ermənistanın məhvinə aparan birbaşa yoldur”.
Fərda Uğur









