Ermənistanda 1990-cı ildə işğal olunmuş Azərbaycanın Kərki kəndinin müzakirəsi yenidən qızışıb.
Tribuna.az xəbər verir ki, müxalifət bu kəndin yaxın zamanlarda Azərbaycana geri qaytarılacağını bildirir.
Bununla bağlı açıqlama verən revanşistlərin nümayəndəsi Avetik Çələbyan deyib ki, Kərki kəndi Ermənistan üçün strateji mövqeyə və əhəmiyyətə malikdir. Onun sözlərinə görə, anklavların verilməsi ölkəni parçalaya bilər. “Kərki əldən gedərsə, Vayots Dzor və Süniklə əlaqəsi tamam kəsiləcək”.
Fərda Uğur









