“Qanunsuz qumar oynamağa təhrik etmək”də ittiham olunan Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmazın məhkəməsində qərar çıxarılıb.
Tribuna.az xəbər verir ki, bu haqda “Hürriyet” məlumat yayıb.
Məhkəmənin hökmü ilə Kerimcan Durmaz 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin ona qarşı “xaricə səyahət qadağası” ilə bağlı məhkəmə nəzarəti tədbirinin qüvvədə qalmasına qərar verilib.









