“2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya artıq parlamentə təqdim edilməlidir”.
Tribuna.az bildirir ki, bu fikiləri İranın Azərbaycandakı keçmiş səfir Möhsin Pakayin deyib.
O qeyd edib ki, parlament konvensiyanı ratifikasiya etməklə yanaşı, gələcəkdə İranla digər Xəzəryanı dövlətlər arasında bağlanacaq istənilən ikitərəfli və ya çoxtərəfli sazişdə İranın 20%-lik hüququnun qorunmasını təmin edən ayrıca hüquqi müddəa qəbul etməlidir.
Fərda Uğur









