“ABŞ-ın vitse prezidenti Cey Di Vensin səfərinin əsas məqsədi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlıdır”.
Tribuna.az xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.
O iddia edib ki, sözügedən layihənin həyata keçirilməsi Azərbaycan və Ermənistan arasında mövcud fikir ayrılıqları səbəbindən hazırda sürətlə irəliləyə bilmir.
Pakayinin sözlərinə görə, İran sərhədlərində Amerikanın hər hansı hərbi və ya kommersiya fəaliyyətini qəbul etməyəcək.
O həmçinin vurğulayıb ki, ABŞ-nin Cənubi Qafqaza daxil olması həm Rusiya, həm də Çin tərəfindən narahatlıqla qarşılanır.
Fərda Uğur









