Keçmiş prezidentlə nazirin həbsi təsdiqlənir: Ruhani və Zərif nədə ittiham olunurlar?

Keçmiş prezidentlə nazirin həbsi təsdiqlənir: Ruhani və Zərif nədə ittiham olunurlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gündür İranda keçmiş prezident Həsən Ruhani və keçmiş XİN başçısı Məhəmməd Cavad Zərifin həbs edildiyi barədə xəbər yayılıb.

Tribuna.az xəbər verir ki, rəsmi qurumlar bu barədə hər hansı açıqlama verməyiblər.

Lakin məlumatı da təsdiqlməyiblər. Yalnız deputat Əbülqasim Cərrərə və tanınmış siyasətçi Meysəm Nadi onların həbs olunduğunu təsdiqləyiblər. Lakin bu həbsin konkret olaraq hansı səbəbdən baş verdiyini bildirməyiblər.

Qeyd edək ki, Həsən Ruhaniyə qarşı kampaniya 12 gülük müharibədən sonra start götürmüşdü. Həmin vaxt mühafizəkar qanaddan olan deputatlar Ruhaninin “İsrailə işlədiyini” iddia edərək, onun istintaqa cəlb edilməsini tələb edirdilər. Onlar həmçinin bəyan edirdilər ki, keçmiş prezident İsrail tərəfindən idarə olunur və onu İranın dini lideri postuna gətirməyə çalışırlar.

Fərda Uğur