“Son illərdə Ermənistana qarşı təhdidlər və çətinliklər ikiqat artıb və bu, sadəcə təhlükəsizlik böhranı deyil. Biz regionda və dünyada tarixi dəyişikliklər dövründə yaşayırıq”.
Tribuna.az xəbər verir ki, bu fikirlərin müəllifi Ermənistanın keçmiş XİN başçısı Ara Ayvazyandır.
Onun sözlərinə görə, ilk növbədə, Ermənistanın rəqibləri olan Azərbaycan və Türkiyənin əsl məqsədlərini anlamaq lazımdır. “Aydındır ki, sonuncular Ermənistanla dinc yanaşı yaşamağa can atmırlar, strateji məqsədləri dəyişməz olaraq qalıb”.
Ayvazyan iddia edir ki, Azərbaycan və Türkiyənin məqsədi Ermənistanın həyati gücdən məhrum olması, müstəqil qərarlar qəbul etmək imkanından məhrum olması, türk dünyasından asılılığının dərinləşməsi və onlar üçün əlverişli şərait yarandıqda “Böyük Turan” layihəsi çərçivəsində udulmasıdır.
O hesab edir ki, TRIPP müvafiq yanaşma ilə (Ermənistanın potensialının gücləndirilməsi halında) bu “təhdid”ləri aradan qaldıra bilər. “Lakin mövcud şərtlər daxilində Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təminat yoxdur ki, bu da rəqiblərinin məqsədlərinin legitimləşdirilməsi risklərini də əhatə edə bilər”.
Fərda Uğur









