2015-ci ildə vəfat edən ustad sənətçi Kayahanın Balıkəsirin Gömeç rayonunda yerləşən və “Gönül Köşkü” adlandırdığı evi satışa çıxarılıb. Dəniz mənzərəli mülk üçün istənilən məbləğ isə diqqət çəkib.
Məlumata görə, Kayahanın bir çox məşhur mahnısını bəstələdiyi “Gönül Köşkü” 1609 kvadratmetr ərazidə yerləşir və 5 bitişik evdən ibarətdir. Hər ev 5 otaq və 1 qonaq otağından ibarətdir.
Hovuzu, geniş yaşıllıq sahəsi və dəniz mənzərəsi ilə seçilən köşkün satış qiymətinin 130 milyon lirə olduğu bildirilir.
Kayahan kimdir?
Kayahan musiqi karyerasına 1971-ci ildə çıxardığı ilk 45-liklə başlayıb. İllər ərzində çoxsaylı albom və mahnılara imza atan sənətçi Türkiyə pop musiqisinin ən önəmli simalarından biri kimi tanınıb.
1990-cı ildə xərçəng xəstəliyinə tutulduğu müəyyən edilən Kayahan uzun müddət bu xəstəliklə mübarizə aparıb. Bir neçə dəfə sağalmasına baxmayaraq, xəstəlik yenidən qayıdıb.
Ustad sənətçi 3 aprel 2015-ci ildə yumşaq toxuma xərçəngi səbəbindən dünyasını dəyişib.
İmran Kərimli
















