“Kaya Kallas tezliklə Qərbi Azərbaycanın vətəndaşı olacaq”

“Kaya Kallas tezliklə Qərbi Azərbaycanın vətəndaşı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Birliyi Ermənistanı anti-Rusiya savaşının əsas komponenti görür. Lakin Ermənistanın bütün bunlara görə hansı bədəli ödəyəcəyini anlamalıyıq”.

Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

Onun sözlərinə görə, Ermənistanın qarşısında Azərbaycan var. “Bu qiymətlə bağlı ən açıq proqnozlar qonşumuz, Ermənistanı “Qərbi Azərbaycan” kimi görən Azərbaycandan gəlir. Məntiqi sual da burada ortaya çıxır: Kaya Kalas İrəvana gələcək, Paşinyanı dəstəkləyəcək, Avropa Birliyi tərəfindən göndərilən çevik reaksiya qrupu “hibrid təhdidlərlə” mübarizə aparmağa kömək edəcək. Bəs Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan”a çevirmək üçün əməli addımlar atanda Kaya Kalas həmin qurumun vətəndaşlığını almağa hazır olacaqmı? Yoxsa onlara yalnız Ermənistanın Qarabağın taleyini yaşaması lazımdır?”

Fərda Uğur