“Azərbaycanda kartdan-karta limit qərarı müəyyən problemlərə yol aça bilər. İlk növbədə pos-terminalların sayı artırılmalıdır ki, bu qərarın tətbiqi zamanı çətinliklər yaşanmasın”.
Bu sözləri Tribuna.az-a Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib.
Onun sözlərinə görə, əsas çətinlik kiçik sahibkarlıqla məşğul olanlar üçün yarana bilər: “Amma düşünürəm ki, bu qərar insanların alternativ addımlarına səbəb olacaq. Həmçinin, bəzi anlaşılmazlıqlar var. Məsələn, pulu qohuma köçürməyi müəyyən etmək texniki məsələdir. Yəni bu qərar vergidən yayınmanın qarşısını ala bilər, amma vətəndaşlar üçün əlçatanlıq vacibdir. Elə bir şərait olmalıdır ki, insanlar narazı qalmasınlar”.
Nigar İxtiyarqızı









