Karapetyan: “Payızda müharibə olacaq”

Karapetyan: “Payızda müharibə olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakının Moskva ilə münasibətlərdə tələsməsi təsadüfi deyil və mövsümi və strateji xarakter daşıyır. Azərbaycan hər dəfə Ermənistana hücum etməyi planlaşdırdıqda, yayda Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa başlayır və payızda hərbi əməliyyatlara əl atır”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə Ermənistan Millətçi Cəbhəsi Hərəkatının rəhbəri, keçmiş müdafiə naziri Arşak Karapetyan çıxış edib.

Onun sözlərinə görə, bu payızda heç bir sülh müqaviləsi imzalanmayacaq. O, hətta “ciddi hərbi toqquşmalar ehtimalı yüksəkdir” iddiasını da irəli sürüb.

Karapetyan daha sonra bildirib ki, guya, müharibənin başlanması üçün Qərbi Azərbaycan məsələsi və təxminən 300 min azərbaycanlının Ermənistana qayıtmaq tələbindən bəhanə kimi istifadə edilə bilər.

Keçmiş müdafiə naziri qeyd edib ki, ümumi geosiyasi kontekstdə İranla ABŞ arasında baş verən son hadisələr göstərir ki, Bakının açıq şəkildə dərk etdiyi “İrandan keçən yol” olmayacaq. “Bu halda ümidlərini Avropaya və ya Qərbə bağlayan erməni dairələri yanılırlar. Azərbaycan Avropanı “neft iynəsinə” salıb. Nəticədə, Qərb gücləri müdaxilə etməyəcək və Ermənistana gedən yol Azərbaycan üçün pulsuzdur”.

Karapetyan sonda bildirib ki, Azərbaycan “təhlükəsi” ilə üzləşmək və yeni “müharibə”nin qarşısını almaq üçün Ermənistan tərəfi təcili olaraq Moskva ilə müttəfiqlik münasibətlərini normallaşdırmalı və tam bərpa etməlidir.

Fərda Uğur