Ermənistanda yaxınlaşan 7 iyun parlament seçkiləri ərəfəsində əsas iddialıların reytinqlərinin müəyyən edilməsinə start verilib.
Tribuna.az xəbər verir ki, dünən İrəvanda yayınlanan Oragir.News saytı bununla bağlı sorğu keçirib.
Məlumatda deyilir ki, 16 min nəfər arasında keçirilən sorğuda maraqlı nəticələr əldə olunub. Belə ki, Rusiyanın layihəsi olan “Bizim Yolumuz” Hərəkatının həbsdə olan lideri Samvel Karapetyan 42 faiz səs toplayıb. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan isə 39 faiz səs toplayıb.
Ən acınacaqlı vəziyyətdə isə Ermənistanın sabiq prezidenti, Xocalı qatili Robert Koçaryan olub. O, ümumi səslərin cəmi 6 faizini ala bilib.
Fərda Uğur









