“Kapital Bank”ın dollar dəyişən ATM-sində DİQQƏTLİ OLUN – Foto

“Kapital Bank”ın dollar dəyişən ATM-sində DİQQƏTLİ OLUN – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank”ın dollar dəyişən ATM-si müştərilərə problem yatadır.

Tribuna.az xəbər verir ki, bu barədə Esmira adlı xanım sosial şəbəkə hesabında yazıb. O bildirib ki, ATM pulu nə manata çevirib, nə də geri qaytarıb:

“Xətai metrosunun yaxınlığında yerləşən “Kapital Bank”a aid ATM-də dollar dəyişmək istədik, 100$ saldıq, ATM pulu apardı, amma nə dəyişdi manata, nə də geri qaytardı.

196 çağrı mərkəzinə zəng etdikdə isə operator bildirdi ki, 3 gün ərzində qaytarılacaq.

“Kapital Bank”, bu nə dələduzluqdur?!

Bankınız vətəndaşa 3 günlük pulunu verər ki, al saxla?!

Xeyir ola, operativ şəkildə sizin yaramaz ATM üzündən mənim işim ləngiməlidir?!

Bu barədə məhkəməyə müraciət olunacaq”.

Mövzü ilə bağlı “Kapital Bank”a sorğu ünvanlamışıq. Cavab veriləcəyi təqdirdə, işıqlandırılacaq.

Gülşən Rəsul