Çeçenistan rəhbəri Ramzan Kadırov, Rusiya Prezidenti Vladimir Putinin “Rusiya Avropa ilə müharibəyə hazırdır” sözlərini dəstəkləyib.
Tribuna.az xəbər verir ki, Kadırov Telegram kanalında Putinlə bağlı kadrlar paylaşaraq, dövlət başçısının “Əgər Avropa savaş başlatmaq qərarına gəlsə, Rusiyanın tam hazır olduğuna heç kim şübhə etməsin” fikirlərini yayıb.
Kadırov görüntülərə belə şərh verib:
“Biz heç vaxt tərəddüd etmərik, Vladimir Vladimiroviç, əmrinizi gözləyirik! Hər şey çox tez bitəcək və bu, Rusiyaya qarşı müharibə başlatmaq istəyənlərin xeyrinə olmayacaq. Bir sualım var, Vladimir Vladimiroviç: əgər bu hər şey başlasa, onlar dərhal KÖNÜLLÜ şəkildə üzr istəsələr, bizə inciməzsiniz ki?”
İmran Kərimli









