Jurnalist Dəmir Yollarını “yıxıb-sürüdü” – Xəcalət çəkirsiniz?

Jurnalist Dəmir Yollarını “yıxıb-sürüdü” – Xəcalət çəkirsiniz?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan vətəndaşları 5 ildən çox ona görə gözləmədi ki, axırda Dəmir Yolları İdarəsi QSC Tiflisə sərnişinin qatarının açılmasını bazara, alver mənbəyinə çevirsin”.

Tribuna.az yazır ki, bu sözləri jurnalist Arifə Əliyeva sosial media hesabında yazıb.

“Bu da nəticəsi. Gözlə-gözlə, sərhədlərin açılmasında yumşalma ümidi ilə yaşa, axırı da ADY-nin Tiflisə bilet satışını vətəndaşlar üçün işgəncəyə çevirməsi olsun.

Ümumiyyətlə, ilk gündən şikayət, narazılıq, kütləvi etirazlara səbəb olan bilet məsələsi indi daha da böyük problemə çevrilib. Axı dünyanın hansı dövrüdür ki, qatara bilet almaq müşkül olsun???”, – jurnalist belə qeyd edib.

Onun sözlərinə görə, insanlar Avropada sürət qatarlarına minir, süni zəka möcüzələr yaradır, Azərbaycanın dağ kəndindən Afrikaya videozəng etmək olur, burdan-bura, 600 km aralıda qonşu ölkəyə bir qotur bileti tapmaq olmur: ”
Görəsən, ADY sədri Rövşən Rüstəmov bu idarəçiliyə, belə bərbad sistemə rəhbərlik etdiyinə görə xəcalət çəkirmi? 100 ilin başında sərnişin qatarı açılsın, onu da Rüstəmov üzünə-gözünə bulaşdırdı, dövlətin atdığı addımı yerdən – yerə vurdu.

Bəli, iki dövlət rəhbərliyi arasında danışıqlar nəticəsində razılaşma əldə olundu ki, sərnişin qatarının fəaliyyəti bərpa olunsun. Amma Rövşən Rüstəmovun qatar relsləri altında qalıb əzilmiş idarəçiliyi bu anlaşmanı elə günə saldı ki, vətəndaşların sevinci qursağında qaldı, hamı bu qərarı ilk gün bayram edəndən az sonra peşman oldu.
Çünki hazırda ən ciddi problem gedişə zülmlə bilet tapıb, dönüşə bilet ala bilməməkdir. ADY saytından bilet alırsan, dönüşə biletlərin satıldığı qeyd olunur. Axı bu necə ola bilər? Sonra vətəndaşı aldadırlar ki, Tiflis vağzalında bilet tapacaqsan. Bu sözə arxayın olub gedənlər Gürcüstanda girov vəziyyətinə düşür. Çünki Tiflis dəmiryolu vağzalında dönüşə bilet tapılmır.
.Yəni xalq ADY və onun rəhbərliyinin əlində əsir-yesir qalıb, tamamilə qanunsuz, xaotik və yarıtmaz bir sistem qurulub.

Bəs bu artırılan vaqonlar haradadır? Əldə olunan qazancla nə üçün bu problemlər həllini tapmır? Dünyanın harasında qatara geridönüş biletini almaq mümkün deyil?”

Gülşən Rəsul