İzləyicilər Balaəlinin villasına qiymət qoydu – Bir, yoxsa iki milyon? (AÇIQLAMA)

İzləyicilər Balaəlinin villasına qiymət qoydu – Bir, yoxsa iki milyon? (AÇIQLAMA)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Meyxanaçı Balaəli Mərdəkanda təzə aldığı ikimərtəbəli villasının qiyməti ilə bağlı deyilənlərə cavab verib.  
Qaynarinfo məsələ ilə bağlı meyxanaçı ilə əlaqə saxlayıb. Meyxanaçı villanın qiyməti ilə bağlı anlaşmanın onunla satıcının arasında olduğunu bildirib:
“Qiymət mənə məxsusdur. Ümumiyyətlə, sənətimdən başqa mənə məxsus olan nəyisə reklam etməyi xoşlamıram. Hələ onun qiymətini heç demərəm. Mənimlə bağlı çəkiliş aparacaqdılar, razılaşdım. Amma çəkilişin evin içərisində aparılmasına icazə vermədim. Çəkiliş həyətdə olub. Evimin içini nümayiş etdirməyə icazə vermərəm”.
Balaəli deyir ki, əgər kimlərsə ona məxsus evin, yaxud da avtomobilin və s. qiymətini deyirsə, deməli onu reklam edir.
Qeyd edək ki, verilişlərdən birinin meyxanaçının dəbdəbəli evindən apardığı çəkiliş sosial şəbəkələrdə paylaşılıb. İzləyicilər meyxanaçının villasına qiymət təyin etməyə çalışıb. Kimi villanın yarım milyon, kimi bir, kimi də iki milyon dəyərində olduğunu yazıb.