İZİA-nın “Pickup” almaq planı baş tutmadı

İZİA-nın “Pickup” almaq planı baş tutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) elan etdiyi tenderin nəticəsi ləğv olunub. Tribuna.az xəbər verir ki, ləğv prosesi işçiləri üçün bir neçə avtomobil almaq planını əhatə edib.

Məlumata görə, Agentlik tenderi Pickup tipli nəqliyyat vasitələrinin satın alınması üçün elan edib. Bu məqsədlə 206 min 550 manatlıq büdcə də müəyyən edib.

Açıq mənbələrdə qeyd edilir ki, sözügedən dövlət qurumu hər biri 68 min manat olmaqla 3 ədəd avtomobil almaq fikrində olub. Lakin tenderin şərt və qaydalarını pozduğu üçün nəticə ləğv olunub.

Fərda Uğur