İyunda büdcəyə dəyişikliklərə baxılacaq: Maaş və pensiyalar ARTIRILA BİLƏR

İyunda büdcəyə dəyişikliklərə baxılacaq: Maaş və pensiyalar ARTIRILA BİLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda adətən hər ilin may–iyun aylarında dövlət büdcəsinə yenidən baxılır, gəlir və xərclərlə bağlı dəyişikliklər gündəmə gəlir. Artan neft qiymətləri fonunda isə cəmiyyətdə əsas müzakirə olunan məsələlərdən biri maaş və pensiyaların artırılıb-artırılmayacağıdır. Görəsən, hökumət yaxın aylarda sosial paket açıqlaya bilərmi?

Tribuna.az xəbər verir ki,Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda bununla bağlı rəsmi məlumat yoxdur.

 

Onun sözlərinə görə, neftin dünya bazarındakı qiymət artımı büdcə gəlirlərinə müsbət təsir göstərə bilər:

 

“Adətən büdcəyə əlavələr və dəyişikliklər iyun ayında həyata keçirilir. Bu il də belə dəyişikliklərin olması mümkündür. Büdcənin həm gəlir, həm də xərc hissəsi artırıla bilər. Neftin qiymətinin yüksəlməsi də buna müəyyən imkan yaradır. Amma təəssüf ki, maaş və pensiyaların artırılması ilə bağlı hələlik rəsmi məlumat yoxdur”.

 

İqtisadçı hesab edir ki, büdcəyə dəyişiklik ediləcəyi təqdirdə sosial xərclərin artırılması məsələsi də gündəmə gələcək. Bununla belə, yekun qərarın hökumətin maliyyə imkanları və iqtisadi göstəricilər əsasında veriləcəyi vurğulanır.