İyulun 9-na qədər yağış yağacaq – Xəbərdarlıq

İyulun 9-na qədər yağış yağacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək.

Tribuna.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.